​“Əl-Cəzirə”dən Kaşıkçı cinayəti ilə bağlı QORXUNC İDDİA: “Səudiyyə konsulunun evində əridici turşu tapıldı!”

Baxış sayı:
670

Kaşıkçının nəşinin turşuda əridildiyi deyilirdi

Mərkəzi ofisi Qətərdə yerləşən “Əl Cəzirə” televiziyası Camal Kaşıkçı cinayəti ilə bağlı qorxunc bir iddia səsləndirib. Kanal, araşdırmalar nəticəsində Səudiyyə konsulunun evindən hidroflorid turşusu və xüsusi kimyəvi qalıqların tapıldığını bildirib. Türkiyə Baş Prokurorluğundakı mənbələrə istinad edilən xəbərdə dəlillərin Camal Kaşıkçının vücudunun tamamilə yox edildiyi xəbərini təsdiqlədiyi deyilir.

Hidroflolid turşusu nədir
HF – hidrogenlə flor birləşməsinin sulu məhluludur. Xüsusilə şüşə sənayesində istifadə edilir. Şüşəni əritmək qabiliyyətinə malik olduğu üçün şüşə qablarda saxlanılmır. Şəffaf mayedir. İstifadəsi zamanı olduqca diqqətli davranmaq lazımdır. Dəri ilə təması dərin yanıqlara səbəb olur, dağıdıcı xüsusiyyətə malikdir./Hurriyyet.org/