​Küveyt əmiri Trampla görüşmək istəyir - böhran vəziyyəti ilə əlaqədar

Baxış sayı:
5512

Qətərdə yaşanan böhran vəziyyəti ilə əlaqədar Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabah ABŞ Prezidenti Donald Tramp ilə işgüzar görüş keçirmək istədiyini bildirib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ağ Ev-in mətbuat xidmətinin verdiyi məlumata əsasən, Əmir bu gün Trampla danışıqlar aparmaq üçün ABŞ-a işgüzar səfər edəcək.
Açıqlamada, iki lider arasında keçiriləcək görüşdə ABŞ və Küveyt arasındakı ticarət və investisiya, habelə regional təhlükəsizlik məsələlərinin geniş şəkildə müzakirə olunacağı qeyd olunub. Bununla yanaşı, iki ölkə liderinin artıq bir ildir davam edən Qətər böhranının da həllinə yönələn danışıqlar aparacğı gözlənilir.
Xatırladaq ki, ötən il iyunun 5-dən etibarən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərliklərinin Qətər ilə bütün diplomatik əlaqələri kəsmələri Körfəz regionunda ciddi böhrana yol açmışdı. Küveyt isə Körfəzdə 1991-ci ildəki müharibədən bu yana baş verən ən böyük diplomatik böhranı həll etmək üçün vasitəçi rolunu üzərinə götürmüşdü.