“Kürdüstan”la SƏRHƏDLƏR BAĞLANIR: İRAQ TƏLƏB ETDİ

İraq Xarici İşlər Nazirliyi, Türkiyə və İrana rəsmi bir yazı göndərərək IKBY ilə sərhəd qapılarını bağlanmasını istədi.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq, Türkiyə və İrandan “Kürdüstan”la sərədlərin bağlanmasını rəsmən tələb edib.
İraq XİN sözçüsü Əhməd Mahcub tərəfindən yayımlanan yazılı açıqlamada, İraq Xarici İşlər Nazirliyinin Türkiyə və İranın Bağdad səfirliklərinə IKBY ilə sərhəd qapılarının bağlanması və neft ixracı ilə satış başda olmaqla ticarət əməliyyatlarının məhdudlaşdırılması tələbini ehtiva edən rəsmi bir yazı göndərdiyini bildirib.
  İraq hökumətinin qanunlar çərçivəsində atılan addımların həyata keçirilməsi üçün Türkiyə və İran ilə birgə çalışdığı vurğulanan açıqlamada, tərəflər arasındakı işdə "Yaxşı qonşuluq münasibətləri, İraqın suverenliyinə hörmət, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və təhlükələrə qarşı birgə mübarizə" kimi prinsiplərin əsas götürülməsi lazım olduğu ifadə edilib.
Müxalifət.az