Kürdəmirdə Müsavatın və KXCP-nin təmsilçiləri polisə çağırıldı

Bu gün Müsavat Partiyası və KXCP-nin Kürdəmir rayon təşkilatlarının təmsilçiləri polisə çağırılıb.
 
 Bu haqda “Basta”ya Müsavatın Kürdəmir təşkilatının lideri Baha Mikayılov məlumat verib.
“Bu gün səhər məni və KXCP-nin yerli təşkilatının sədri Əliyusif Məlikovu polisə çağırdılar. Orada rayon polis şöbəsinin rəis müavini mitinqlə bağlı suallar verdi. Bildirdim ki, mitinqə gedib-getməmək hər kəsin hüququdur. Mitinqlərin qarşısını almaq yox, etirazları dinləmək lazım”, – Baha Mikayılov bildirib.
Qeyd edək ki, Mili Şura sentyabrın 23-də mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.