Kürdəmirdə AİLƏ FACİƏSİ: Ata azyaşlı qızını öldürdü

Baxış sayı:
4564

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən "Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.