Kürdəmir bazarında yanğın söndürüldü - FOTO / YENİLƏNDİ

Baxış sayı:
9943

Kürdəmir rayon bazarında yanğın söndürülüb. Yanğın zamanı ümumi sahəsi 12 min 350 kv metr olan bazarın 800 kv metrlik hissəsində icarəyə verilmiş 12 dükan əşyaları ilə birlikdə yanıb. Bazarın 11 min 550 kv metr sahəsi mühafizə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir və Ağsu rayonları üzrə yanğın mühafizə idarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb./Report *** 04:30 Kürdəmir rayonunda yanğın baş verib. Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayon mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.​