"Kürdlərlə danışıqlara başlaya bilərik" - SURİYA

Suriyalı kürdlər ölkənin sərhədləri daxilində öz idarəetmə formalarını yaratmaq istəyirlər. 
Bunu Suriya Xarici İşlər naziri Vəlid Müəllim deyib. 
“Bu məsələni onlarla müzakirə edə bilərik. Ümid edirəm ki, İŞİD tamamilə təmizləndikdən sonra onlarla danışıqlara başlayıb, hansısa razılığa gələcəyik. İrad Kürd Muxtariyyətində keçirilən referendumu isə rədd edirik”, - nazir bildirib.