​Kürdlər Əsədlə Türkiyəyə qarşı birləşsə... - POLİTOLOQ

Baxış sayı:
2683

Suriyada yaşanan son hadisələr maraq dairələrinin qeyri-rəsmi şəkildə dəyişdiyini göstərir.
Muxalifət.az xəbər verir ki, bu sözləri kürdlərin və rəsmi Dəməşqin Suriya ordusunun Afrinə müdaxiləsi üçün razılıq etməsi barədə fikirlərə münasibət bildirən rusiyalı politoloq Maksim Jarov deyib.
“Baş verənlər ABŞ-ı ciddi şəkildə narahat edir. Mənə elə gəlir ki, kürdlər artıq ABŞ-dan yardım gözləməkdən beziblər. Orada qarışıq bir təzad yumağı meydana gəlib. Kürdlərin Dəməşqlə razılıq əldə etməsi bu qarışıqlığı bir qədər azalda bilər, ancaq müstəqillik tələblərini yox etməz”, - politoloq bildirib.