Kürdlərə dəstək verəcəyik - ABŞ

Deyr əz-Zoru azad etmək əməliyyatında Suriya Demokratik Qüvvələrinə (SDQ) dəstək verəcəyik.
 
Bunu İŞİD-ə qarşı vuruşan koalisiyanın amerikalı komandanı Stefen Tousend deyib.
Amerikalı komandan Menbiç, Tabka və Rakka təcrübələrinə əsaslanaraq SDQ-nin bölgə xalqı tərəfindən qəbul ediləcək bir güc olacağını düşündüklərini bildirib.
Tousend bildirib ki, SDQ-nin əlində təyarə və tank olmasa da, təşkilat kiçik çaplı silahlarla böyük mübarizə aparır.