Kürd referendumu üzərindən ÇİRKLİ BAZARLIQ

 Yaxın şərqdə xaosun fitilini alovlandıracaq referendum ərəfəsində çirkli bir xəritə bazarlığı aparılır.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın şimalında 25 Sentyabrda Bərzaninin rəhbərliyi altında keçiriləcək müstəqillik referendumu öncəsi çirkli bazarlıq prosesi davam edir. Brett Mcgurk və qərb ölkə nümayəndələrinin prosesi fürsətə çevirmək istəyən Bərzaniyə dəstəkləri sürür. ABŞ və Qərb ölkələrindən gələn heyətin referendum bəhanəsi ilə 2003-ci ildən bu yana mübahisəli bölgə xarakteri daşıyan 20 yaşayış məntəqəsini Bərzaniyə rüşvət vermək istədiyini bildirən Kərkük Milletvekilli Həsən Turan, bazarlıq prosesinin ABŞ və Qərbli ölkələr tərəfindən idarə edildiyini söylədi.
Referendum öncəsi İraq və referendumun tərəfləri arasında son görüş Süleymaniyyədə baş verib. Toplantıda İraq Prezidenti Fuad Məsum və Məsud Bərzani ilə Cəlal Tələbani təmsil edən xanımı Hero İbrahim Ehmed iştirak edib. Prezident Fuad Məsum Süleymaniyyə konfransında İraq mərkəzi rəhbərliyinin Bərzaninin qeyd-şərtsiz referendum və müstəqil dövlət iddiasından imtina etməsi tələbini çatdırıb. İraq deputatı Həsən Turan Bərzaninin bu prosesi xarici güc mərkəzləri ilə birlikdə idarə etdiyini, bazarlıq prosesində əksəriyyəti Türkmənlərə məxsus 20 yaşayış məntəqəsi ilə 10 min kilometrdən böyük sahənin rüşvət olaraq Bərzani və Tələbaniyə rüşvət olaraq verilməyə çalışıldığını bildirib.

Muxalifet.az