Kürd bölgəsindən PKK açıqlaması: Qəbul edilə bilməz

Baxış sayı:
1636

İraq Kürd Regional Rəhbərliyinin (İKBY) hökumət sözçüsü Sefin Dizayi, terror təşkilatı PKK-nın Mosuldakı varlığının qəbuledilməz olduğunu açıqlayıb.
 
Sincardaki PKK varlığının yaratdığı problemlərə toxunan Dizayi, "Haşdi Şabinin Sincara gəlməsi PKK və ona bağlı qrupların rayonda yenidən hakim mövqedə qalmasına səbəb olub" deyib.
Dizayi, bir müddət əvvəl PKK tərəfdarlarının Sincarın qanuni yerli rəhbərlərinin rayona girişinə əngəl törətdiklərini xatırladaraq, xidmət məhdudiyyətləri, təhlükəsizlik problemi və qeyri-qanuni qüvvələrin Sincarda olması səbəbindən əhalinin böyük ölçüdə rayona dönmədiyini vurğulayıb.
Sincarın bir an əvvəl normallaşması, vətəndaşların evlərinə təkrar qayıdışının təmin olunmasının lazım olduğunu dilə gətirən Dizayi, "İraq mərkəzi hökuməti, bu qrupların çəkilməsi məsələsində addım atması lazımdır. Sincarın qanuni idarə olunması bərpa olunmalıdır. Biz orada hər hansı bir xaosun yaranmasını istəmirik" deyə bildirib.
Müxalifət.az