Kür çayında azyaşlı uşaq batıb - YEVLAXDA

Yevlaxda Kür çayında azyaşlı uşaq batıb.
 
 Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda 1 azyaşlı Kür çayında batıb.
 FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Saat 07:00-da axtarış işlərinə başlanılıb. Əlavə məlumat veriləcək.