Küçələr selə təslim oldu... - Yağışlı Bakıdan mənzərələr – Foto, Video

Baxış sayı:
9859

Dünəndən başlayaraq yağmağa başlayan güclü yağış Bakı küçələrində fəsadlar yaradıb. Şimşək və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr yaranıb. Bu isə sakinlərin hərəkətini məhdudlaşdırıb. Sosial şəbəkələrdə yayılan videolarda sakinlərin yolu keçməyə yer tapmadıqları, avtomobillərin isə yaranan gölməçələrdən çətinliklə keçdikləri aydın görünür. Həmin görüntüləri təqdim edirik: