Kubadan ABŞ-ın sanksiya hədəsinə sərt təpki

Baxış sayı:
6763

Kubanın Xarici İşlər naziri Rodriguez Venesuela məsələsində Kubanı günahlandıran və hərbi əməliyyatlarını dayandırmadığı təqdirdə embarqo tətbiq edəcəyini söyləyən ABŞ prezidenti Donald Trampa və Boltona sərt təpki göstərib.
 
Venesuelada baş verən dövlət çevrilişi cəhdindən sonra qarşı-qarşıya gələn ABŞ ilə Kuba arasındakı gərginlik qarşılıqlı açıqlamalarla davam edir. "Kuba əsgərlərinin Venesuelada olduğuna" dair iddianın bir daha dilə gətirilməsindən sonra Kubanın Xarici İşlər naziri Bruno Rodriguez təpki göstərib.
 
“Bolton patoloji yalançıdır”
 
 Rodriguez Twitter hesabından verdiyi açıqlamada, "ABŞ Milli Təhlükəsizlik müşaviri Con R.Bolton Trampa da yanlış məlumat verən patoloji bir yalançıdır. Venesuelada Kuba əsgərləri yoxdur, hərbi və ya təhlükəsizlik əməliyyatlarına qatılan Kubalılar da yoxdur. Yalnız humanitar missiya həyata keçirən səhiyyə işçiləri var. Trampın embarqo təhdidini şiddətlə rədd edirəm" deyə qeyd edib.
Müxalifət.az