"KTMT-də dayağımız yoxdur, qəbul olunan qərarlar bizə qarşıdır" - Erməni politoloq

Baxış sayı:
4228

Ermənistan əhalisinin 41.2% hissəsi Rusiyanı Ermənistanın müttəfiq ölkəsi hesab edir, müttəfiq hesab etməyənlər isə 19.10% təşkil edir. Rəyi soruşulanların 39.70% isə Rusiyanı qismən müttəfiq hesab edir. 

 
Bu statistikanı Ermənistanda Qloballaşdırma və bölgə əməkdaşlığı analitik mərkəzi yayıb. 
Bu barədə təşkilatın sədri erməni politoloq Stepan Qriqoryan keçirdiyi tədbirdə məlumat verib. O, erməni cəmiyyəti daxilində aparılan sorğuda Rusiyanın üstünlüyü qismən saxladığını qeyd etməklə yanaşı, KTMT çərçivəsində rəsmi İrəvanın heç bir dayağının olmadığını bildirib. 
"KTMT-də dayağımız yoxdur, qəbul olunan qərarlar bizə qarşıdır", - deyə o vurğulayıb.