​Kəşmirdə məktəbdə partlayış: 28 yaralı

Baxış sayı:
9775

Hindistan və Pakistan arasında bölüşdürülməyən Kəşmir bölgəsində yer alan Puluama şəhərində özəl məktəblərdən birində partlayış baş verib.
Muxalifet.az "CNN"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 28 şagird yaralanıb. 
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxana rəsmilərinin verdiyi açıqlamaya görə, yaralı şagirdlər arasında həyati təhlükəsi olan yoxdur.
Açıqlamada partlayışın sinifdə meydana gəldiyi bildirilib.
Hadisənin səbəbi araşdırılır. Faktla bağlı istintaq başladılıb.