Kəşfiyyat məlumatı İsraildən gəldi: ABŞ təyyarə gəmisi göndərir

Baxış sayı:
4822

ABŞ Müdafiə nazirinin vəkili Şanahan Twitter hesabından verdiyi açıqlamada, "Dünən gecə çatdırılan CVN-72 (Abraham Linkoln Təyyarə Gəmisi Döyüş Qrupu) və ABŞ Hava Qüvvələrinə bağlı Bombardman Xidmət Gücünün CENTCOM (Mərkəz Qüvvətlər Komandanlığı) bölgəsinə mənim razılığımla göndərilməsi, İran rejim güclərinin təşkil etdiyi ciddi təhdidin əlamətlərinə cavab olaraq tədbir məqsədli yer dəyişdirməsidir" deyə qeyd edib.
 
İrana müraciət edən Şanahan, “İran rejimini bütün təxribatları dayandırmağa dəvət edirik. Qüvvələrimizə və mənafelərimizə qarşı yönəldilmiş hər hansı bir təcavüzdən İran rejimini məsul tutacağıq" açıqlamasını verib.
Qeyd edək ki, Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton dünən verdiyi açıqlama ilə təyyarə gəmisinin, bir bombardman xidmət gücü ilə birlikdə Körfəzəgöndərildiyini açıqlamışdı. Bolton bunun İran rəhbərliyinə "dəqiq və qəti bir mesaj" kimi qiymətləndirmişdi.
 
Kəşfiyyat İsraildən
 
 ABŞ mediasında yer alan bəzi xəbərlərdə, İsrail kəşfiyyatının ABŞ-a İranın bölgədəki Amerika əsgərlərinə qarşı hücum hazırlığında olduğu məlumatını çatdırması ilə Vaşinqtonun sözügedən qərarı aldığı iddia edilir.
İsrail kəşfiyyatının iki həftə əvvəl Ağ Evdə görüş zamanı İranın ehtimal edilən bir neçə planını Amerika rəhbərliyinə çatdırdığı qeyd edilərkən, İranın İraq, Suriya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, bölgədə ABŞ-a aid hədəflərə hücum edəcəyi məlumatının verildiyi irəli sürülüb.
Müxalifət.az