Kəşfiyyat məlumatı gəldi: ƏMƏLİYYAT TARİXİ DƏYİŞDİ

Baxış sayı:
3856

Hökumətdə yüksək səviyyədə keçirilən Afrinlə bağlı toplantıda, əməliyyatda son həftə baş verənlərlə bağlı maraqlı detallar ortaya çıxıb. 18 Martda Afrinə girilməsindən üç gün əvvəl Ankarada ciddi müzakirələr gedib. 15 mart gecəsi saat 22.30-da, Afrindəki terrorçu ünsürlərin bombalanacağı xəbəri gəlib.
 
TSQ-nin bu qərarı, terrorçuların rəhbər heyətinin mülki əhali arasında silahsız olaraq şəhəri tərk etməyə başladığı xəbərləri ilə təxirə alınıb. Çox sayda mülki tələfatın olmaması üçün əməliyyat həyata keçirilməyib. Qısa müddət sonra şəhərdə qalan yerli terrorçuların də rəhbər heyətinin dərhal sonra Afrindən qaçdığı müəyyən edilib. Terror təşkilatı YPG-dəki bu sürətli davranış dəyişikliyi, ABŞ ilə aparılan məsləhətləşmələrdən sonra alındığı bildirilir.
 
MÜHASİRƏNİN UĞURU
 
TSQ-nin yalnız müəyyən bölgələri deyil, Afrin mərkəzinin bütünlüklə mühasirə olunmasının alınan nəticəyə təsiri olduğu qeyd edilib. Afrin daxilindəki terrorçu qrupların, birdən çox ərazini müdafiə etmək üçün bir neçə hissəyə bölünmək məcburiyyətində qaldıqları, bu səbəbdən də bölgəyə nəzarət edə bilmədikəri ortaya çıxıb. TSQ-nin bu strategiyası ilə toplu halda hərəkət edə bilməyən terrorçu qrupların Afrini tərk etməkdən başqa çarəsinin qalmadığı iddia edilib.
Türkiyənin bundan sonrakı hərəkat strategiyasının "yavaşımaq” olduğu bildirilir. Afrinin təmizlənməsi və digər infrastruktur işlərinin görülməsi səbəbindən başqa yaşayış yerləri və regionlarla bağlı olaraq sürətli qərar verilməyəcək. Menbiç və ya Fəratın şərqi ilə bağlı hərəkat, ABŞ-ın yeni xarici işlər naziri ilə keçiriləcək danışıqlardan sonra müəyyən olacaq.
Müxalifət.az