Krımı Rusiyaya ABŞ verdi - SENSASİON İDDİA

Baxış sayı:
11293

Rusiyanın Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet yarımadanın “qayıdışı” üçün ABŞ-a təşəkkür edib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, rusiyalı deputatın sözlərinə görə, 2014-cü ilin əvvəlində ABŞ-ın Ukraynadakı “planlaşdırdığı” dövlət çevrilişi yarımadanın Rusiyaya birləşdirilməsi prosesini gözəçarpacaq dərəcədə sürətləndirdi.
“Amerikalılar tərəfindən koordinasiya edilən dövlət çevrilişi Krımın tarixi vətəninə - Rusiyaya qayıdışı üçün başlanğıc nöqtəsi oldu. Təəssüf ki, çevriliş Ukrayna xalqına vətəndaş müharibəsi və yoxsullaşma şəklində bir sıra bədbəxtlikləri gətirdi”, - agentlik Şeremetdən sitat gətirib.
Deputat qeyd edib ki, Ukrayna çevriliş olmasaydı da, Krım onsuz da yenidən Rusiyanın olardı, ancaq buna daha çox vaxt və səylər gedərdi:
“Krım hər halda Rusiyaya qayıdardı. Ola bilər bunun üçün onlarla il keçərdi”, - Dövlət Dumasının üzvü söyləyib./publika