​Kremldən Trampın qərarına reaksiya: PUTİN NARAHATDIR

Baxış sayı:
4462

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnlə ABŞ Prezidenti Donald Tramp arasında nəzərdə tutulan görüşün təxirə salınması görə təəssüf edir və narahatdır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Ağ Evdən ABŞ Prezidenti Donald Trampın qərarı ilə Şimali Koreya lideri Kim Çenlə keçirilməsi nəzərdə tutulan zirvənin qeyri-müəyyən müddətə təxirə salındığı açıqlanmışdı.