​Kreml “Sobçak layihəsi”nə 2 milyon ayırıb - PİONTKOVSKİ

Baxış sayı:
5581

Kreml Kseniya Sobçakın prezident seçkisində iştirakına 2 milyon dollar ayırıb.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, Sobçakın prezident seçkisində iştirakı Rusiya Prezidenti Vladimir Putinin planıdır:
“Hədəf ictimaiyyətdəki gərginliyi ortadan qaldırıb, insanları seçkinin şəffaflığına inandırmaqdır. Sobçak seçkidə liberal müxalifəti təmsil etməlidir. Digər namizədlər də seçkidə Kremlin təşəbbüsü ilə iştirak edirlər. Jirinovskini onlar artıq 20 ildir istifadə edirlər”.