KREML SARKİSYANI KARAPETYANA DƏYİŞİR - Ermənistanın NATO təlimlərində iştirakı Sarkisyana baha başa gəldi

Qabil seynli: “Rusiya Karapetyana “stavka” etməsinin gizli-açıq formada arərini verir”

Yaxınlaşan bir neçə ay ərzində Ermənistanda daxili çəkişr siyasi qabətin meydan suladığı bir ziyyətirib çıxara bilər ki, onun da ilkin əlamətləri nməkdədir”

Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan Soçi görüşünün detalları artıq bəlli olmaqdadır.
Xatırladaq ki, Ermənistanın NATO təlimlərində iştirakından sonra prezident S. Sərkisyanın Soçiyə çağırılması təsadüf deyildi. Elə həmin vaxt Rusiya və Ermənistan prezidentlərinin bağlı qapılar arxasındakı görüşünü şərh edən politoloq Qabil Hüseynli “Hürriyyət”ə demişdi ki, bu görüşdə Sarkisyana “qulaqburması” verildiyi istisna deyil: “Çünki “Rusiya loyallıq nümayiş etdirib, Ermənistanın NATO təlimlərində iştirak etməsini özü istəmişdir” kimi fikirlər mövcud olsa da, amma sonrakı hesablamalar göstərdi ki, Ermənistanın bu addımı NATO-nun imicini daha da möhkəmləndirir və o post-Sovet məkanındakı ölkələr üçün bir növ cazibə mərkəzinə çevrilibdir. Rusiya bu gəlişmlərdən narahatçılıq keçirir. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov üstüörtülü formada məxməri inqilabları tənqid edərək, bir növ Qərbin Rusiyada hansı formada inqilab hazırladığını və bu məqsədlə də onun müttəfiqlərini sıradan çıxartmağa başladığını söyləmişdi. Ona görə də Putin ilk vaxtlar bu məsələyə barmaqarası baxırdısa, amma son dövrlərdə məsələnin nə qədər ciddi olduğunu görüb yəqin ki, Ermənistan prezidentini sorğu-suala çəkib”.

Sarkisyana verilən “qulaqburma”nın nəticəsi, yoxsa...?

Qeyd edək ki, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündən az sonra Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlərinin keçiriləcəyi elan olundu. Bildirildi ki, təlimlər 3-11 sentyabr tarixində Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq və Gürcüstan hərbçiləri ilə yanaşı ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək.
Təbii ki, həmin vaxt Ermənistanın NATO-nun təlimlərində iştirak edəcəyii haqda xəbərlər bir qədər gözlənilməz oldu. Belə ki, əksər ekspertlər Soçidə Sarkisyana sərt xəbərdarlıq edildiyini güman etdiyi halda Ermənistanın yenidən NATO təlimlərinə qatılacağı haqda xəbər heç yerinə düşmürdü. Odur ki, həmin vaxt “Hürriyyət”in əməkdaşı yenidən politoloq Qabil Hüseynliyə müraciət etdi.
Politoloq bildirdi ki, görünür, Sarkisyan bu addımı ilə Putinə meydan oxuyur, Ermənistanın Moskva ilə arasını pozmağa çalışır: “Üstəlik, İrəvan Avropa İttifaqı ilə asossiativ sazişi də imzalamağa hazırdır və bu payızda baş verəcək. Belə görünür ki, Ermənistan əməlli-başlı Qərbyönümlü siyasət yürütməyə başlayıb. O biri tərəfdən də Rusiyanın vassalı görkəmindən hələ tam azad ola bilməyib. Mən burada nəsə qanunauyğun bir şey görmürəm. Yəni sən Rusiyaya meydan oxuyasan, Rusiya isə sənə rəğbət göstərməkdə davam etsin, Dağlıq Qarabağ problemində sənin mövqeyini müdafiə etsin, Ermənistan və Rusiya silahlı birləşmələri yaratsın, onların təlimi keçirilsin, üstəlik də “Putinin NATO-su” deyilən hərbi-siyasi ittifaqa erməni general baş katib gətirilsin. Yəni bir-biri ilə heç cürə uzlaşmayan proseslər baş verir. Əqli nəticə çıxararkən belə görürsən ki, Ermənistanın bu qədər müstəqil hərəkət etməyə imkanı yoxdur. Çünki sərhədləri Rusiya tərəfindən qorunur, ölkənin yaşaması üçün lazım olan bir çox şeylər Rusiya tərəfindən göndərilir və Rusiyanın hesabına da Azərbaycana Ermənistan xox gəlir”.

Razılaşdırılmış ssenari ehtimalı…

Bütün bunlardan sonra politoloq qeyd etdi ki, Moskva və İrəvan Qərbə qarşı hansısa oyun qurub: “Belə bir qənaət hasil olur ki, bu, razılaşdırılmış bir ssenaridir. Görünür, bu razılaşdırılmış ssenari ilə Ermənistana yeni bir missiya tapşırılıb. Bu missiya NATO-nun içərilərində yuva salmaq və qurumun sirlərinə vaqif olduqdan sonra Rusiyanı bilgiləndirməkdir. Başqa heç cür düşünmək mümkün deyil. Yəni Rusiyaya nə düşübdür ki, Ermənistana bu qədər dəstək olur? Son məlumata görə, Rusiya son illərdə Ermənistana ən azı 5 milyard dollarlıq pulsuz silah verib. Ermənistan bunun hesabına Azərbaycanın ərazilərini işğal altında saxlayır. Üstəlik də Ermənistan Rusiyadan aldığı dotasiyalar hesabına əhalinin maddi rifah halını da təmin edir. Yəni ya Ermənistanın nankorluğu olmalıdır və yaxud Rusiyanın bu dərəcədə biganəliyini başa düşmək çətindir. Görünür, burada ikinci hiyləgər bir metod var.  Bu hiyləgər metod isə həm İrəvanın, həm də Moskvanın birgə hazırlanmış metodudur və İrəvan casus formasında Qərb alyansının içərisinə sızmağa çalışır və ola bilsin ki, gələcəkdə Avropa Birliyinə çıxsın, beləliklə də Moskva üçün yeni bir casus şəbəkəsi yaransın. Bu, çoxlarına qəribə gələ bilər, amma bunu başqa bir məntiqlə yozmaq mümkün deyil”.

“Bundan sonra Sərkisyanın daha xoş olmayan günləri başlayacaq”

Maraqlıdır ki, bütün baş verənlərin fonunda srağagün Ermənistanın Gürcüstanda start götürən “Agile Spirit 2017” (“Çevik ruh -2017”) çoxmillətli hərbi təlimlərdə iştirakdan imtina etdiyi məlum oldu. Qeyd olundu ki, Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılış mərasiminə qatılmayıblar.
Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan  isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Məlumatda o da qeyd olunur ki, sentyabrın 11-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd isə ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.

“Azərbaycan bu yaranmış şəraitdən yararlanmağa çalışmalıdır”

“Hürriyyət”ə açıqlamasında Ermənistan NATO təlimlərində iştirak etdiyi üçün Putinin Sərkisyana “qulaqburması” verdiyni deyən politoloq Qabil Hüseynli hesab edir ki, artıq təkcə “qulaqburması” ilə iş bitmir, bundan sonra Sarkisyanın daha xoş olmayan günləri başlayacaq: “Çünki Rusiya hər səhvi elə-belə bağışlamır. Bu, ən azından Rusiyanın Sarkisyana olan etimadının tam itirilməsi ilə nəticələnə bilər və onun da əlamətləri artıq görünməkdədir. Yəni Rusiya Karapetyana “stavka” etməsinin gizli-açıq formada işarələrini verir. Yəni baş nazir Karapetyanla Putin arasında ciddi bir rəqabətin olduğu da göz önündədir. Bu nöqteyi-nəzərdən belə demək mümkündür ki, yaxınlaşan bir neçə ay ərzində Ermənistanda daxili çəkişmələr və siyasi rəqabətin meydan suladığı bir vəziyyətə gətirib çıxara bilər ki, onun da ilkin əlamətləri görünməkdədir. Azərbaycan da bu yaranmış şəraitdən yararlanmağa çalışmalıdır”.

“Azərbaycan Rusiya ilə münasibətlərin üstündə əsən ölkədir”

Yeri gəlmişkən, Azərbaycanın da “Agile Spirit 2017” təlimlərində iştirak edəcəyi ilə bağlı məlumat da kifayət qədər ciddi önəm daşıyır. “Sizcə, bu rellaşacaqmı” sualına Q. Hüseynli belə cavab verdi: “Bu, gözlənilməz xəbərdir. Mənim üçün gözlənilən xəbər də adlandıra bilərəm. Çünki Ermənistan indiyə kimi Rusiyaya qıcıq vermək üçün NATO təlimlərində iştirak edirdisə və buna mənəvi haqqı yox idisə, yəni Rusiya onun bütün nazı ilə oynayıb, lazım olan bütün xidmətləri ona göstərmişdisə, amma Azərbaycana Rusiya tərəfindən bu iltifat göstərilməyib. O səbəbdən də Azərbaycanın müəyyən siyasi manevr etməsinə və yaxud özünə yeni orientasiya axtarmasına təəccüblü yanaşmaq lazım deyil. Amma bu o demək deyil ki, Azərbaycan Rusiya ilə münasibətləri pisləşdirmək xətti götürüb. Azərbaycan Rusiya ilə münasibətlərin üstündə əsən və Rusiyaya sədaqətli ölkədir. NATO təlimlərində iştirak etmək Rusiya əleyhinə olmaq demək deyil və bunu da ictimai rəy belə qəbul etməlidir”.

““Azərbaycan Rusiyanın siyasi pressinqi altındadır” - desək, yanılmarıq”

“İndiyə qədər onsuz da Rusiyanın basqıları özünü bu və ya digər, yəni açıq və gizli formada göstərir. Yəni “Azərbaycan Rusiyanın siyasi pressinqi altındadır”- desək, yanılmarıq. Amma bundan sonra Rusiyanın Azərbaycana olan münasibətində hər hansı bir ciddi dəyişiklik olacağını təxmin etmirəm. Onsuz da bu münasibətlərin həm soyuyan, həm də yuksələn dövrü olubdur. Təkrar edirəm ki, Azərbaycanın bu addımında anti-Rusiya elementi olmadığına görə Azərbaycanın Rusiya tərəfindən hər hansı bir basqıya məruz qalması ehtimalı çox zəifdir”, - deyə politoloq vurğuladı.
Sonda xatırladaq ki, “Agile Spirit 2017” təlimləri Gürcüstanda 2011-ci ildən etibarən keçirilir.