​Kreml Paşinyan seçilən kimi AÇIQLAMA VERDİ

Baxış sayı:
10360

Kreml Ermənistanın Avrasiya İttifaqının may sammitində iştirakını gözləyir.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
 “Ermənistan Avrasiya İttifaqında vacib tərəfdaşımızdır. Bu cür tədbirlərdə ikitərəfli görüşlər də keçirilir”, – deyə o bildirib.
Peskov həmçinin Mixail Leontyevin Ermənistanla bağlı açıqlamasının Moskvanın rəsmi mövqeyi ilə heç bir əlaqəsinin olmadığını deyib.
Qeyd edək ki, az öncə Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçib.