​Kreml nüvə silahının qadağan olunmasına QARŞI ÇIXDI

Baxış sayı:
633

Moskva nüvə silahının qadağan olunması ilə bağlı razılaşmaya qoşulmağı planlaşdırmır.
Muxalifət.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
“Rusiya bu razılaşmaya qoşulmaq niyyətində deyil. Bizim fikrimizcə, nüvə silahının tam ləğvi yalnız hər bir dövlətin nüvə silahsızlanması kontekstində, hər kəs üçün bərabər və bölünməz təhlükəsizlik təminatı şəraitində mümkündür. Biz nüvə silahı olmayan dünyanın yaradılmasını istəyirik, amma bu hədəfə belə birtərəfli metodlarla çatmağın tərəfdarı deyilik”, – deyə o bildirib.
Qeyd edək ki, nüvə silahının qadağan olunması ilə bağlı müqavilə 2017-ci ilin iyulunda imzalanıb. Bu müqaviləni Rusiya, Britaniya, Çin, ABŞ və Fransa imzalamayıb.