Kreml ABŞ-a İraqın işğalını xatırlatdı: “Ağ tozu kütləvi qırğın silahı kimi qələmə vermişdiniz”

Baxış sayı:
6040

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Oman körfzində neft tankeri hücumlarına görə İranın əsassız şəkildə ittiham edilməsinin qəbuledilməz olduğunu söyləyib. Peskov 2003-cü ildə ABŞ-ın İraqı işğal eləməsini xatırladaraq deyib: “İçərisində ağ toz olan balonları unutmadıq”. Kremlin rəsmi təmsilçisi 2003-cü ildə ağ tozların ABŞ tərəfindən səhvən İraq hakimiyyətinin əlində olan kütləvi qırğın silahları kimi qələmə verilməsininin yaddan çıxarılmadığını deyib.

Peskov deyib: “Belə olan hallarda hansısa gizli məlumatlara əsaslandığını iddia eləmək absurddur”.