Kraliçanın tacını oğurladılar

Baxış sayı:
2953

İsveç Dövlət televiziyasının xəbərinə görə, paytaxt Stokholma 120 kilometr məsafədə yerləşən Strangas şəhərinin mərkəzində yerləşən Srangas Kilsəsində olan muzeydən çox qiymətli kral tacı oğurlanıb.
 
Soyğunçular oğurladıqları tac və əsalarla kilsənin dəniz tərəfindən sürət qayığı ilə qaçıblar. Dərhal hərəkətə keçən polis qurudan, havadan və dənizdən soyğunçuları axtarmağa başlayıb.
Tac 17-ci əsrdə İsveç kralı 4-cü Karlın məşhur xanımı kraliça Kristinaya məxsusdur. Kral ailəsi tərəfindən istifadə edilən əşyaların çox qiymətli, əvəzsiz olduğu polis tərəfindən qeyd olunub.
Müxalifət.az