​Kraliçanın 97 yaşlı əri cəzalandırıla bilər - Səbəb

Baxış sayı:
2509

Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Şahzadə Filip cəzalandırıla bilər.
Muxalifet.az xəbər verir ki, buna səbəb 97 yaşlı Filipin avtomobil sürərkən təhlükəsizlik kəməri taxmamasıdır.
Polis bununla bağlı şahzadəyə xəbərdarlıq edildiyini açıqlasa da, ona hansısa cəzanın tətbiq edilməsi haqda məlumat verməyib.
Yerli vətəndaşlar isə qanunların hamı üçün eyni olduğunu və pozuntuya yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Şahzadə Filip iki gün əvvəl avtomobil qəzasına düşmüşdü.