​Kosmosdan nəhəng üçbucaq göründü - VİDEO

Baxış sayı:
14368

Arizonalı ufoloq Maykl “YouTube” kanalında növbəti çarx yayımlayıb.
Ufoloq 9 aprel tarixində ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatı İdarəsinin canlı yayımını izləyib və qeyri-adi mənzərə ilə rastlaşıb. Maykl Cənubi Amerika yaxınlığında, Sakit Okeanda buludların arasında tünd rəngli, nəhəng ölçüldə üçbucaq görüb. Ehtimal edilən anomaliya 7 saatdan sonra yoxa çıxıb. Əgər kadra diqqətlə baxsaq, əvvəlcə obyektin ağ rəngdə olduğunu, sonra isə qəfil qara rəngə boyandığını görərik.
Mayklın sözlərinə əsasən, sirli fiqurun sağ tərəfində Meksikanın Aşağı Kaliforniya və Cənubi Aşağı Kaliforniya ştatları olub. Onun sözlərinə əsasən, üçbucağın hər tərəfinin uzunluğu 2500 km olub. 
Sosial şəbəkələrdə isə bunun yadplanetli gəmisi olduğunu iddia edənlərlə yanaşı, gizli dünya hakimiyyəti tərəfindən qurulan sirli baza olduğunu deyənlər də tapılıb.
Bəziləri isə bu obyektin digər dünyalara açılan qapı olduğunu yazıb./olke.az