​Körpələr evində DƏHŞƏT: Azyaşlı uşaq öldü - VİDEO

Baxış sayı:
769

Bursa da körpələr evində yemək yedikdən sonra yatan 1 yaşlı uşağın tənəffüsünün dayanması nəticəsində həyatını itirib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpələr evində qalan 1 yaşlı Melisa Tuhana Memiş yemək yedikdən sonra dayəsi tərəfindən çarpaısına yatması üçün uzandırılıb. Bir müddət sonra uşağa nəzarət etmək üçün gələn dayə onun hərəkətsiz yatdığını görüb.
Həmin an Melisa Tuhana Memişi qucağına alıb çölə qaçan dayə dayə ətrafdakılardan yardım istəyib. Həmin vaxt xəstə üçün gedən təcili yardım maşınını görən dayə yola çıxaraq maşını dayandırıb.
Baxıcının qucağındakı körpəni alan səhiyyə işçiləri İnegöl Dövlət Xəstəxanasına doğru yol alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq körpə Melisanın həyatını qurtarmaq mümkün olmyıb. Ölüm xəbərini alan körpənin anası Melike və atası İbrahim Memiş əsəb keçirdib. Körpənin cansız bədəni morqa aparılıb.
Dayənin uşağı qucağına alıb kömək istəməsi çevrədəki təhlükəsizləik kameralarına yansıyıb. Hadisə ilə bağlı Respublika prokurorluğu körpələr evinə baxış keçirib. Ölüm hadisəsinə baxmayaraq körpələr evində hələ də uşaqların olması diqqət çəkib. Hadisədən xəbər tutanlar isə uşaqları evlərinə aparıblar.