Koronaviruslu xəstələrin olduğu bina çökdü – ÖLƏNLƏR VAR

Baxış sayı:
1333

Çində koronavirus xəstələrinin karantində saxlanıldığı bina çöküb.

Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hubey əyalətindəki 6 mərtəbəli otel binasında baş verib.

Belə ki, karantində olan COVID-19 xəstələrinin qaldığı 6 bina qəfil çöküb. Dağıntılar altında azı 70 nəfərin qaldığı bildirilir. Artıq oradan 2 nəfərin cansız bədəni, daha 50 nəfər isə sağ çıxarılıb.

Qeyd edək ki, COVID-19 epidemiyasının yayılması səbəbi ilə Çində, xüsusilə də Hubey əyalətində bir sıra iaşə obyektləri funksiyasını dəyişdirərək xəstəxana kimi fəaliyyət göstərir. Çökən otel binası da belə obyektlərdən biridir.