​"Koronavirusa yoluxmuş qadın Marneulidə 200 nəfərin iştirak etdiyi yas mərasiminə qatılıb" – MARNEULİ MERİ / Yenilənib

Baxış sayı:
1819

Marneulidə koronavirusa yoluxmuş şəxs, 11 mart tarixində anasının yas mərasiminə qatılan təqribi olaraq 200 nəfərlə bir arada olduğu bəlli olub.
24News.ge xəbər verir ki, bu sözləri Marneuli meri, Zaur Darğallı jurnalistlərə müsahibəsində bildirib.
Z.Darğallı deyib ki, yas mərasimində iştirak edən şəxslərin siyahısı hazırlanır və müvafiq tədbirlər görüləcək.
Marneuli meri həmçinin, bu günədək Marneulidə 34 nəfərin özünü tədric (ev şəraitində karantin) halında olduğunu da əlavə edib.
Z.Darğallı son günlərdə Novruz bayramı ilə əlaqədar rayonda xüsusi hərəkətliliyin olduğunu nəzərə çatdıraraq,  dezinfeksiya işlərinin aparıldığını, həmçinin əhaliyə məlumatlandırıcı bukletlərin paylanıldığını bildirib.

***

Marneulidə bu gün koronavirus aşkar olunan "Geo Hospital" klinikası karantinə götürülüb.
24News.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, hazırda klinikanın qarşısında polis gücləndirilmiş iş rejiminə keçərək sözügedən klinikaya giriş-çıxışı dayandırıb.
Klinikada öz növbəsini başa vurub çıxmaq istəyən həkimlərin də buraxılmadığı bildirilir.
Verilən məlumata görə virusa yoluxmuş qadınla təmasda olan bütün həkimlərdən analizlər götürülərək yoxlanılacaq.
Bu dəqiqələrdə klinikanın önünə paytaxt Tbilisidən xüsusi təcili tibbi yardım avtomobilinin gəldiyi bildirilir.
Qeyd edək ki, az öncə Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri, Amiran Qamkrelidze Marneulidə bir qadında koronavirusun aşkar olunduğunu təstiqləyib.

***

Marneulidə bu gün koronavirus diaqnozu qoyulan pasiyentlərdən biri Marneuli sakini olan azərbaycanlı qadındır.
Bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Məlumata əsasən, həmin şəxs dörd gün öncə pnevmoniya diaqnozu ilə Marneulidəki xəstəxanalardan birinə yerləşdirilib.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Marneuli bölməsindən bildirilib ki, koronavirus infeksiyasına yoluxan orta yaşlı qadın Azərbaycandan gələn bacısı ilə kontakda olub.
Hazırda pasiyentin kontakda olduğu bütün şəxslər müəyyən olunur.
Qeyd edək ki, Gürcüstanda koronavirusa 54 yoluxma halı təsdiqlənib. Pasiyentlərin üçü tam sağalıb. Karantində 2 956, stasionar nəzarətdə isə 291 nəfər saxlanılır. 

***

İki gündür ki, Marneuli xəstəxanalarından birində koronavirusa yoluxmuş bir qadının olduğu məlumatı yayılıb.
Məlumata görə, Marneulidən olan təqribən 60 yaşlı qadından analız götürülüb və labaratoriyaya göndərilib. Alınan cavabda xəstədə koronavirus olduğu aşkar olunub.
Məlumata görə, hazırda sözügedən xəstaxana karantinə alınıb.