KORONAVİRUS AMERİKANI DA "VURDU" - Ölkədə fövqəladə vəziyyət elan olundu

Baxış sayı:
2760

Vaşinqtonda koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib.
"Anadolu" agentliyi xəbər verir ki, fövqəladə halla bağlı bəzi addımlar atılır. Virusun yayılmasının qarşısının alınması üçün bütün müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, ABŞ-da koronavirus nəticəsində 31 nəfər həyatını itirib. 700-dən çox insan virusa yoluxub.
Prezident Donald Tramp son açıqlamasında vəziyyətin nəzarət altında olduğunu bildirmişdi.