Koreyalı nazirdən Trampa təhqiramiz sözlər

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Nyu Yorka səfər edən Şimali Koreyanın Xarici İşlər naziri Li Yon Xo ABŞ Prezidenti Donald Trampın “Şimali Koreyanı tamamilə məhv edərik” fikrinə sərt şəkildə cavab verib.
Axar.az xəbər verir ki, bu barədə “Renxap” informasiya verib.
XİN başçısı Trampın çıxışının “it hürməsi”ni xatırlatdığını bildirib.