Konqresə Qaşıqçı çağırışı: Təşəbbüsü ələ alın

Baxış sayı:
6172

 ABŞ-da fəaliyyət göstərən 11 insan haqları təşkilatı Konqresə məktub göndərərək Camal Qaşıqçı cinayəti barədə təşəbbüs ələ almağa çağırıb.
 
Bununla bağlı "İnsan Haqları" adlı təşkilatın rəhbərliyi ilə bir araya gələn 11 insan haqları təşkilatı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə məktub göndərib.
Məktubda, komitədən 2 oktyabr 2018-də İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayətinin günahkarlarının tapılması məsələsində əlavə addımlar atması tələb edilib.
Daha əvvəl Qaşıqçı məsələsində Tramp rəhbərliyinə müraciət edən komitə sədri Demokrat Eliot Engel və Respublikaçı konqresmen Maykl Mccaula xitabən yazılan məktubda, əlaqədar şəxslərin komitə tərəfindən sessiyaya dəvət edilməsinin məsələnin işıqlandırılmasına kömək edəcəyi vurğulanıb.
Məktuba öncə İnsan Haqları, Jurnalistləri Müdafiə Komitəsi, Freedom House, İnsan Haqları İzləmə Təşkilatı, Pen Öz America və Sərhəd Tanımayan Jurnalistlər kimi insan haqları təşkilatları imza atıb.
Qeyd edək ki, Səudiyyə jurnalisti Qaşıqçı evlilik əməliyyatları üçün 2 oktyabr 2018-də girdiyi Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülmüşdü.
Müxalifət.az