​Konqoda qatar aşdı - 24 ölü, 31 yaralı

Baxış sayı:
5287

Demokratik Konqo Respublikasında yük qatarı relsdən çıxıb.
Muxalifet.az xəbər verir ki, nəticədə 24 nəfər ölüb, 31 nəfər yaralanıb.
Hadisə ölkənin Kasai əyalətinin Bena Leka şəhərində baş verib. Yük qatarının vaqonlarında çox sayda qanunsuz sərnişin olub. 
Qəza yerinə polis və təcili tibbi yardım heyəti cəlb edilib.