​“Kokain kralı” ləqəbli mafiya başçısı tutuldu

İtaliyada ən çox axtarılan mafiya başçılarından biri - Rokko Morabito Uruqvayda yaxalanıb.
Hurriyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, Uruqvay Daxili İşlər Nazirliyi 1994-cü ildən bu vaxtadək narkotik maddə qaçaqmalçılığı və mafiya fəaliyyəti səbəbiylə axtarışda olan Morabitonun paytaxt Montevideodakı otellərdən birində ələ keçdiyini açıqlayıb.
11 ildir port şəhəri olan Punta del Estedə yaşayan Morabito qızını öz soyadıyla məktəbə qeyd etdirərkən diqqət çəkib.
6 ay dindirilmə aparan Uruqvay polisi Morabitoya aid bir tapança, 12 bank kartı, iki avtomobil, Portuqaliya pasportu, zinət əşyaları və çek dəftərləri ələ keçirib.
Yetkililər Morabitonun Uruqvayda saxta sənəd istifadə etdiyi maddəsiylə ittiham ediləcəyini bildiriblər.
Qeyd edək ki, 1993-cü ildə Braziliyadan yüzlərcə kilo kokain gətirməyə çalışdığı bildirilən Rocco Morabito beynəlxalq narkotik satışı ilə məşğul şəbəkənin rəhbərlərindən biri kimi 1994-cü ildən axtarışdadır.
Cənubi Afrikadan İtaliyanın Moda paytaxtı olan Milana narkotik maddə daşıdığı üçün “Milan kokain kralı” kimi tanınırdı.
Bu üzdən də o, 1994-cü ildə həbsxanadan qaçaraq gizlənirdi.