​Köçəryanın evində axtarış: Nəticələr gizlədilir…

Baxış sayı:
3418

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın evi və ofisində axtarış aparılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Komitəsi məlumat yayıb.
Axtarışın hansı məqsədlə aparıldığı barədə məlumat verilməyib. Komitə axtarışlarla bağlı yaxın saatlarda rəsmi məlumat yayacağını bildirib.
Qeyd edək ki, Robert Köçəryan bir neçə gün əvvəl 2008-ci ilin martın 1-də İrəvan şəhərində keçirilmiş etiraz aksiyalarında iştirak edən insanlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilərək həbs olunmuşdu.
Lakin məhkəmə onun toxunulmazlığının olduğunu əsas gətirərək, azadlığa buraxılmasına qərar verib.