​Köçəryandan Paşinyana qarşı inanılmaz ittiham

Baxış sayı:
6853

“Mənim addımım” hərəkatının lideri Nikol Paşinyanın fəaliyyəti qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bu barədə NTV kanalına açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
“Nikol Paşinyan nə istəyir? Hakimiyyəti mənə verin, dərhal. Hakimiyyət çamadan deyil ki, götürüb verəsən. Bu, konkret şəxslərdir – parlament, deputat korpusu, onların da öz mənliyi var”, - Köçəryan deyib.
O bildirib ki, Paşinyan hakimiyyəti və deputatları öz vicdanları, öz baxışları, siyasətə münasibətləri əleyhinə getməyə məcbur edir:
“Kütləvi surətdə onları şantaj etmək olduqca qorxulu vəziyyətdir”.