Koçaryan həbsdən buraxılmadı

Baxış sayı:
4882

Ermənistan Appelyasiya Məhkəməsi eks-prezident Robert Koçaryanın şikayətini rədd edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sabiq prezidentin həbsdə saxlanılması barədə 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə qalıb.

Məhkəmə yanvarın 19-da Xüsusi İstintaq Xidmətinin şikayətini təmin edərək Koçaryanın barəsində 2 aylıq həbs qərarı vermişdi.

O, 2008-ci il 1 mart hadisələri zamanı konstitusion quruluşun devrilməsində ittiham olunur.