Koalisiya Suriyada dinc sakinlərə hücum etdi - 26 ölü

Baxış sayı:
1330

ABŞ-ın başçılığı altındakı beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor bölgəsindən 110 kilometr şərqdə yerləşən Hacin şəhərinə hava hücumu nəticəsində 26 dinc sakin ölüb.
Muxalifet.az Azvision.az-a istinaden xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb. 
Qeyd olunur ki, bir neçə saat çəkən raket hücumları zamanı koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr mülki vətəndaşların yaşadığı evləri hədəf alıb. Nəticədə 26 nəfər həyatını itirib. Onların əksəriyyəti qadınlar və uşaqlardır.