​Kənan M.M. BİABIRÇI VİDEODAN DANIŞDI: "Onu çəkib yayan..."

Baxış sayı:
16597

Xəbər verdiyimiz kimi, Bakıda qadın ərinin məşuqəsinin evinə basqın edərək onu çəkib. Yayılan video sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılıb. 
Bununla bağlı big.az-a açıqlama verən tanınmış rejissor Kənan M.M. bildirib ki, xəyanət etmək nə qədər yanlışdırsa onu çəkib yaymaq da o qədər səhvdir: "Biz görmüşük ki, ailələr daxilində olan problemləri cəmiyyətdən gizlədər. Bu yaxşı hal deyil. Qaldı ki, məşhurların da belə hallarda adının hallanması məsələsinə, xəyanət və ailə dağıtmaq insana yaraşan hərəkət deyil. Düşünürəm ki, məşhur və ya qeyri-məşhur bu cür addımlara yol verməməlidir".