Kəmaləddin Heydərovun qəbul vaxtı dəyişdirildi

Baxış sayı:
7015

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Şəki, nazirin birinci müavini Rəfail Mirzəyevin Balakən və nazir müavini Etibar Mirzəyevin iyunun 14-də Zaqatala şəhərlərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.