​KƏMALƏDDİN HEYDƏROVUN MEDİA ŞƏBƏKƏSİ ÇÖKDÜRÜLDÜ – “APA Holding”ə daxil olan saytlar bağlandı

Baxış sayı:
9325

Dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin açarlarının təqdim edilməsi mərasimindən reportajda APA agentliyi prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münasibətləri haqqında sözlərini təhrif edib. Dövlət başçısı “Ermənistanı çökdürəcəyik” ifadəsini işlətməyib. Bu barədə virtualaz.org-a Prezident Administrasiyasından məlumat verilib. Bəzi saytlarda da APA agentliyinin məlumatı olduğu kimi dərc edilib. Prezident Administrasiyasının reaksiyasından sonra əksər saytlar prezident adından yanlış məlumat verilən xəbəri silib. Qeyd edək ki, APA bu yanlışlığa görə Prezidentdən üzr istəsə də, dünən axşamdan etibarən “APA Holding”ə daxil olan saytların fəaliyyəti dayandırılıb. Bəzi mənbələrə görə, bu informasiyanın arxasında təxribat ehtimalının olub-olmadığı araşdırılır. Xatırladaq ki, mətbuat “APA Holding”i “fövqəlnazir” Kəmaləddin Heydərovun nəzarətində olan media şəbəkəsi kimi xarakterizə edir. K.Heydərovun özünün isə ruspərəst məmurlar siyahısında adı çəkilir. Muxalifet.az