​Kəmaləddin Heydərov və yaxın adamı “Broker Əbülfəz” haqqında MÜDHİŞ İDDİALAR

“Əbülfəz Məlikovun həbsi xəbəri yayıldı... - FHN şefinə qədər uzanan bir yol var…”

Baxış sayı:
16141

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləlkilə, 24-30 iyul 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs fövqəlada hallar naziri Kəmaləddin Heydərov olmuşıdur. Onun barəsində “Kəmaləddin Heydərovun gömrükçüləri Naxçıvanda “Tutu, tut” oynayır – dəhşətli video”, “Kəmaləddin Heydərov köməkçisini işdən çıxardı - MÜƏMMALI TƏYİNAT”, “Əbülfəz Məlikovun həbsi xəbəri yayıldı... - FHN şefinə qədər uzanan bir yol var...” başlıqlı 3 məqalə ümumilikdə 21 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Broker MMC”-nin rəhbəri Əbülfəz Məlikov “Əbülfəz Məlikovun həbsi xəbəri yayıldı...”, “Əbülfəz Məlikovun həbsi xəbəri yayıldı... - FHN şefinə qədər uzanan bir yol var…” başlıqlı 2 məqalənin 6 elektron KİV-də yayılması ilə tutur.

Nəhayət, elektron KİV-lərdə adı ən çox hallanan məmurlar siyahısında 3-cü yeri “Oqtay Şirəliyevin bazara çevirdiyi səhiyyə sistemimiz... - Burada bir nömrəli problem nazir problemidir…”, “Səhiyyəmiz hər kəs üçün, hətta uşaqlarımız üçün də təhlükəlidir…” başlıqlı 2 məqalənin 5 elektron KİV-də yayılması ilə səhiyyə naziri Oqtay Şirəliyev tutur.

DEPUTAT ELMİRA AXUNDOVA BARƏSİNDƏ SENSASİON FAKTLAR

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında yeganə yeri “Elmira Axundova 250 min manatı...” - MƏHKƏMƏ”, “ELMİRA AXUNDOVADAN OĞLUNUN VİDEOSUNA REAKSİYA - “Narahat olmayın…” + VİDEO”, “250 mini Elmira Axundova şəxsən özü mənə evində qaytardı” – MƏHKƏMƏ”, “Elmira Axundova 250 mini qaytarıb" - deputat oğlunun adı keçən məhkəmə işi”, “Deputat oğlu ilə qalmaqalı olan Fərman Məmmədov danışdı: Elmira Axundova deməsəydi… -VİDEO”, “Deputat Elmira Axundovanın səs yazısı: "Müdafiə naziri dəyişdi, pulum kəsildi...”, “"Yeni müdafiə nazirinin gəlişindən sonra mən oradan 100 min manatı ala bilmədim" - Deputat Elmira Axundovadan şok ifadələr…” başlıqlı  məqalənin 18 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur.

Muxalifet.az