"Klinton, 2020-də yenidən prezidentliyə namizəd olacaq"

Baxış sayı:
6709

ABŞ-da 2016-cı ildə prezident seçkisində Donald Trampa uduzan Demokratların namizədi Hillari Klintonun 2020-də yenidən prezidentliyə namizəd olacağı iddia edilib.
 
Hillari Klintonun keçmiş müşavirlərindən Mark Penn və köhnə Demokrat Partiyalı siyasətçi Endryu Stein, Amerikanın “Wall Street Journal” qəzetində birlikdə qələmə aldıqları məqalədə, “Hillari Klintonun ölkənin ilk qadın prezidenti olmaq yolunda hələ tamamlanmamış bir missiyası və Trampa qarşı şəxsi kini var" deyib.
Qeyd edək ki, Tramp, seçki kampaniyası zamanı Klintonu həbs etdirəcəyini söyləmişdi.
 
Trampı yenəcək bir strategiya ilə
 
Penn və Stein-in məqaləsində isə bu ifadələr yer alıb:
“Klinton, bu alçaldıcı məğlubiyyətindən sonra siyasi karyerasının bir həvəskarın əli ilə son qoyulmasına icazə verməyəcək. Klintonun 2016-da harada səhv edildiyini qiymətləndirmək üçün qarşısında 2 ili var. “Namizəd olmayacağam” açıqlamalarına baxmayın. Obama və (həyat yoldaşı Bill) Klinton da son ana qədər namizəd olmayacaqlarını bildirmişdi. Trampı yenəcək bir strategiyayla geri gələcək".
Daha əvvəl namizəd olacağı iddialarını rədd edən Klinton, keçən ay bir suala "Prezident olmaq istəyərəm" demişdi.
Müxalifət.az