Klarnet ifaçısı Hüseyn də tələbə adını qazandı – Foto

Baxış sayı:
10546

“Dostlar, tələbə adı mənə də qismət oldu. Yaşım 35 olsa da, dedim, qoy oluramsa, ali savadlı musiqiçi olum. Bu il Universitetə qəbul olan hər kəsi təbrik edirəm”.

Musavat.com bildirir ki, bu barədə tanınmış klarnet ifaçısı Hüseyn Məmmədoğlu öz “İnstagram” səhifəsində məlumat paylaşıb. 35 yaşlı ifaçı Milli Konservatoriyanın estrada sənəti fakültəsinə daxil olduğunu qeyd edib. Onun bu sevincinə tanınmışlar da qoşulub, təbrik şərhləri yazıblar.