​Kiyevdə Azərbaycan vətəndaşı həbs edildi

Baxış sayı:
785

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı həbs olunub.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, bu gün Kiyev şəhərində polis tərəfindən saxlanılan 1991-ci il təvəllüdlü Elnur Cəbrayılov barəsində Peçerski rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Azərbaycan vətəndaşı insan alverində ittiham olunur. İttihamla razılaşmayan E. Cəbrayılov apelyasiya şikayəti verməyə hazırlaşır.
Qeyd edək ki, son bir neçə ay ərzində Kiyevdə daha bir neçə Azərbaycan vətəndaşı müxtəlif ittihamlarla həbs olunub, barələrində istintaq gedir.