"Kiyevə xalqla birlikdə gedəcəm" - SAAKAŞVİLİ

Mixail Saakaşvili Ukraynanın bölgələrini ziyarət etdikdən sonra Kiyevə gedəcəyinə söz verib.
 
Bu barədə Saakaşvili jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bütün Ukraynanı kəzdikdən sonra yaxın günlərdə Kiyevə gedəcəm. Böyük şəhərləri və kəndləri gəzərək insanların tələblərini öyrənəcəm. Bundan sonra mən xalqla birlikdə hakimiyyətə onların tələblərini çatdırmaq üçün Kiyevə qayıdacam”, - Saakaşvili bildirib.
Qeyd edək ki, Saakaşvilinin Ukrayna sərhədini keçməsi zamanı onu qarşılamaq üçün çox sayda tərəfdaşı toplaşmışdı.