Kirli əllər İŞİD-i DÖVRƏYƏ BURAXDI

Baxış sayı:
959

Türkiyə Afrinə əməliyyat hazırlığı edərkən, çirkli əllər də "bitirildi" deyilən İŞİD-i dövriyyəyə buraxdı.
 
Türkiyə sərhədindəki Azezə sızmağa çalışan İŞİD-in canlı bombaları, Azad Suriya Ordusu (ÖSO) əsgərləri tərəfindən yaxalanıb. ASO əsgərləri, nəzarət məntəqəsində şübhələndikləri bir yük maşınını dayandırıb. Nəzarət zamanı yük maşınına yüklü su çənlərinin qapaqlarının qaldırılması ilə içindən çıxan 10 nəfər qaçmağa başlayıb. Çıxan qarşıdurma zamanı üstlərində bombalı jiletlərlə yüklü olan 4 terrorçudan 3-ü öldürülüb, biri üzərindəki bombanı partladıb. Terrorçuların yanlarında olan 10 yaşında bir uşaq, 3 qadın və 2 kişi təslim olub.
Müxalifət.az