“Kimlərəsə lazımmış ki, ölkəmizə qarşı Qərbin basqıları artsın” - Osman Gunduz

Düzü yuxarılarda nəsə xoşagəlməz proseslərin getdiyi artıq danılmazdır.
 
Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar). məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
Muxalifet.az xəbər verir ki, bu məsələyə münasibət bildirən  Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində status yazıb.
“Məlum olduğu kimi bir müddət öncə Mehman Əliyev haqqında həbs qətimkan tədbiri dəyişdirilmişdi. Bu gün isə məlum oldu ki Vergilər Nazirliyi kameral yoxlama əsasinda Turan” informasiya agentliyinə təyin etdiyi vergi sanksiyasını ləğv edib. Bu barədə qurum özü məlumat verib. Bu proseslər prezidentin məlum tövsiyəsindən sonra baş verib. Beləliklə də buradan belə qənaətə gəlmək olur ki Mehman Əliyev günahsızmış. Düzü yuxarılarda nəsə xoşagəlməz proseslərin getdiyi artıq danılmazdır. Kimlərəsə lazımmış ki ölkəmizə qarşı Qərbin basqıları artsın, münasibətlər korlansın. Belə görünür ki ən yuxarı səviyyələrdə elə qruplaşmalar var ki öz maraqlarını gerçəkləşdirmək üçün istənilən addımı atmağa hazırdırlar. İstınilən dövlət qurumuna təsir və təzyiq edə bilirlər. Prezidentin müdaxiləsi olarsa geri çəkiləcəklər , əks halda isə nələr baş verəcək bir Allah bilir. Fikrimcə bu cür qruplaşmaların, oliqarxların dövlət əhəmiyyətli qərarların qəbul edilməsinə təsirini, dövlət qurumlarına təsirini neytrallaşdırmaq üçün ciddi addımlar atılmalıdır” - deyə Osman Gündüz bildirib.